Meksikada mer saxta adam oğurluğu ilə milyonlar mənimsəməkdə şübhəli bilinir

1 Min Read

Mexicoda Tenancingo bələdiyyəsinin meri Nensi Napoles korrupsiya qalmaqalının mərkəzinə düşüb. CBS Newsun məlumatına görə, o, dövlət vəsaitlərindən təxminən 2 milyon dollar mənimsəmək məqsədilə öz adam oğurluğunu təşkil etməkdə şübhəli bilinir.

Yerli prokurorluğun açıqlamasına əsasən, istintaq artıq saxlanılmış və “adam oğruları” kimi təqdim olunan üç nəfərin ifadələrindən sonra başlayıb. İddiaya görə, silahlı şəxslər Napolesi avtomobildən zorla çıxarıb, onun azad edilməsi üçün 40 milyon peso (təxminən 2,3 milyon dollar) fidyə tələb ediblər.

Lakin müstəntiqlər bildirir ki, hadisənin şahidi olan bir nəfərin polisə məlumat verməsindən sonra plan pozulub və nəticədə iddia edilən sxem ifşa olunub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş