Mourinyo Bernardo Silvanı “Real Madrid”də görmək istəyir

1 Min Read

AS nəşrinin məlumatına görə, Joze Mourinyo “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanın “Real Madrid”ə transferində maraqlıdır.

Bildirilir ki, Mourinyo Silvanı təkcə meydanda deyil, həm də soyunub-geyinmə otağında lider kimi görür. Futbolçunun agenti Xorxe Mendeş iki ay əvvəl onu Madrid klubuna təklif edib.

Mənbənin iddiasına görə, Mourinyonun “Real Madrid”in baş məşqçisi olacağı dəqiqləşdikdən sonra Bernardo Silva digər klublarla danışıqları dayandırıb. Daha əvvəl portuqaliyalı futbolçunun “Barselona” və “Atletiko Madrid”in maraq dairəsində olduğu bildirilirdi.

Bernardo Silva isə gələcəyi ilə bağlı danışarkən, “Məni həqiqətən istəyən klubun təklifini qəbul edəcəyəm” ifadəsini işlədib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş