İsrail ordusu BMT sülhməramlılarının yaralanmasından təəssüflənir

1 Min Read

İsrail Müdafiə Qüvvələri (İMQ) 6 martda Livandakı Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Qüvvələrində (UNIFIL) Qana batalyonunun iki hərbçisinin xəsarət alması ilə nəticələnən hadisədən təəssüflənir və buna görə üzr istəyir.

İzmedia.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçüsü TASS müxbirinə bildirib.

“Son günlərdə aparılan hərtərəfli araşdırma nəticəsində UNIFIL heyətinə dəyən atəşin səhvən İsrail Müdafiə Qüvvələri tərəfindən törədildiyi müəyyən edilib. İsrail Müdafiə Qüvvələri hadisədən təəssüflənir və üzrlərini müvafiq kanallar vasitəsilə Qana və Birləşmiş Millətlər Təşkilatına çatdırıb. O əlavə edib ki, araşdırmaların nəticələri oxşar hadisələrin təkrarlanmasının qarşısını almaq üçün İsrail Müdafiə Qüvvələri daxilində yayılıb”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş