Ermənistan şirkətləri Birləşmiş Ərəb Əmirliklərində informasiya texnologiyaları sektorunda fəaliyyət göstərərkən bir sıra imtiyazlardan yararlana biləcəklər.
Bu, Ermənistan hökumətinin iyunun 25-də təsdiqlədiyi Xidmətlər Ticarəti və İnvestisiya Sazişində əks olunub.
Sazişin parlamentin təsdiqinə göndərilməsi nəzərdə tutulur. Sənəd 2026-cı ilin fevralında Əbu-Dabidə Avrasiya İqtisadi İttifaqı ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi əməkdaşlıq danışıqları çərçivəsində imzalanıb.
Razılaşmaya əsasən, hər iki ölkə bir-birinin şirkətlərinə öz bazarlarında güzəştli şərtlər təqdim edəcək.
Saziş çərçivəsində Ermənistan BƏƏ şirkətlərinin kənd təsərrüfatı, mühəndislik, səhiyyə və təhsil sahələrinə çıxışını asanlaşdıracaq. Əvəzində BƏƏ Ermənistan şirkətlərinə informasiya texnologiyaları, telekommunikasiya, avadanlıq təmiri, hüquqi xidmətlər, audit və tikinti sektorlarında güzəştlər verəcək.
İzmedia.az
![]()

