İranın qərbində və cənub-şərqində xüsusi əməliyyat: Silah qaçaqmalçıları və terror hüceyrələri zərərsizləşdirilib

1 Min Read
İran Kəşfiyyat Nazirliyi xüsusi xidmət orqanları ilə birgə keçirilən genişmiqyaslı əməliyyat nəticəsində ölkənin qərb bölgəsində silah qaçaqmalçılığı ilə məşğul olan şəbəkənin üzvlərini həbs edib. “Mehr” agentliyinin verdiyi məlumata görə, paralel olaraq cənub-şərqdəki Sistan və Bəlucistan, eləcə də Hörmüzgan əyalətlərində Tehran hakimiyyətinin “təkfirçi terror təşkilatı” adlandırdığı qruplaşmaya bağlı üç əməliyyat özəyi sıradan çıxarılıb.
Açıqlanan rəsmi məlumatlara əsasən, Sistan və Bəlucistanın İranşəhr, Sərbaz, Saravan və Zahedan rayonlarında, habelə Hörmüzqan əyalətinin Qeşm adasında planlaşdırılan təxribat və terror aktlarının qarşısı vaxtında alınıb. Təhlükəsizlik qüvvələri ilə baş verən silahlı toqquşmalar zamanı qruplaşmanın 2 üzvü məhv edilib, 10 nəfər isə saxlanılıb. Nazirlik ölkənin qərbində saxlanılan silah qaçaqmalçılarının cənub-şərqdə zərərsizləşdirilən terror hüceyrələri ilə birbaşa əlaqəsinin olub-olmaması barədə hələlik əlavə detal açıqlamayıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş