NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton Azərbaycana işgüzar səfərə gəlib.
Məlumata görə, Kevin Hamilton artıq Bakıda görüşlərə başlayıb. O, ilk olaraq Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Azərbaycan ekspert icmasının nümayəndələri ilə bir araya gəlib.
Qeyd edək ki, bu, Kevin Hamiltonun NATO-nun region üzrə xüsusi nümayəndəsi kimi Azərbaycana ilk səfəridir.
İzmedia.az
![]()

