ABŞ-da müəmmalı zəhərlənmə: üç nəfər ölüb, 19 nəfər xəstəxanaya yerləşdirilib

Nərmin
1 Min Read

 ABŞ-ın Nyu-Meksiko ştatının Mauntin-Eyr bölgəsində naməlum kimyəvi maddə ilə təmasdan sonra üç nəfər həyatını itirib, daha 19 nəfər isə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə şəhərdə yerləşən fərdi evdə baş verib. Yerli KOB 4 televiziya kanalının məlumatına əsasən, zəhərlənməyə səbəb olan maddənin kimliyi hələ müəyyən edilməyib.

Hadisə 20 may tarixində qeydə alınıb. Təcili yardım və polis qrupları dərhal əraziyə cəlb olunub.

Bütün zərərçəkənlər Nyu-Meksiko Universitetinin xəstəxanasına yerləşdirilib. Həkimlər xəstələrdə güclü baş ağrısı, ürəkbulanma və ümumi intoksikasiya əlamətləri müşahidə olunduğunu bildiriblər.

Tibb işçilərinin məlumatına görə, iki pasiyentin vəziyyəti ağır qiymətləndirilir. Digər 17 nəfərin vəziyyəti isə nisbətən stabildir, lakin onlar həkim nəzarətində saxlanılır.

Hadisənin səbəbləri və zəhərli maddənin mənbəyi hələlik məlum deyil. Polis və aidiyyəti qurumlar araşdırmanı davam etdirir. Maddənin qəsdən, yoxsa təsadüfən yayılması ilə bağlı rəsmi açıqlama verilməyib.

izmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş