Ukrayna və Latviya Rusiya və Belarusla sərhəddə birgə dron istehsalı zavodu tikməyi planlaşdırır. Bu barədə “Delfi” portalı Baltikyanı respublikanın Baş naziri Andris Kulberqsin Latgale şəhərindəki hərbi bazaya səfəri zamanı verdiyi açıqlamaya istinadən məlumat yayıb.
Nəşr bildirir ki, “Latviya və Ukrayna arasında hərbi sənaye sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən Latviya sərhədində pilotsuz uçuş aparatlarının istehsalı üçün birgə zavodun yaradılması planlaşdırılır”.
Bundan əlavə, Kulberqs bildirib ki, Latviya sərhədində peyda olan dronlara qarşı dron tutucularından istifadə etmək niyyətindədir. Bu, aviasiyanın hər dəfə dron peyda olma təhlükəsi yarandıqda havaya qalxmamasına imkan verəcək.
İzmedia.az
![]()

