Hindistanda neft emalı zavodunda baş verən yanğın nəticəsində bir neçə nəfər xəsarət alıb

1 Min Read

“The Times of India” (TOI) qəzetinin 30 iyun tarixli mənbələrə istinadən verdiyi məlumata görə, Haldia Petrochem şirkətinə məxsus neft kəmərində baş verən yanğın nəticəsində bir neçə işçi xəsarət alıb.

Nəşr bildirib ki, “Çərşənbə axşamı səhər tezdən Haldia Petrochem şirkətinə məxsus neft kəmərində böyük yanğın baş verib. Hadisə yerində olan bir neçə işçi ağır yanıq xəsarətləri alıb və hazırda müalicə alırlar”.

Mənbələrin məlumatına görə, yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Bundan əlavə, yanğın qatarların hərəkətində gecikmələrə səbəb olub. Qeyd olunur ki, hazırda hadisənin səbəblərini müəyyən etmək üçün araşdırma aparılır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş