ABŞ prezidenti Donald Trump NATO-nun baş katibi Mark Rutte ilə görüşməzdən əvvəl sosial mediada keçmiş yaxın müttəfiqi Marjorie Taylor Greene ilə mübahisəsini davam etdirib.
Siyasətə gəlməzdən əvvəl də sosial mediada qalmaqallarla gündəmə gələn Tramp, öz platformasında Konqresdə Qrinin əvəzinə dəstəklədiyi namizədin qələbəsi ilə öyünüb.
Tramp Corciya ştatındakı mühafizəkar dairədə keçirilən xüsusi seçkilərdə qalib gələn Clay Fuller barədə yazıb:
“Konqresdəki Marjorie ‘Xain’ Braun (STRESS ALTINDA YAŞIL BRAUNA ÇEVRİLİR!) əvəzini inanılmaz dərəcədə qalib gələn gözəl və istedadlı bir adam olan Clay Fuller tutub”.
O, əlavə edərək deyib:
“Kley Fulleri təbrik edirəm, diqqəti yayınmış sələfindən çox böyük irəliləyiş!”
Seçkilərdə fərq azalıb
Tramp qeyd edib ki, 2024-cü il prezident seçkilərində həmin dairədə Respublikaçılar təxminən 37 faiz fərqlə qalib gəlib. Lakin son xüsusi seçkilərdə Demokrat namizəd Trampın dəstəklədiyi Fullerə qarşı fərqi 12 faizdən azadək azaldıb.
Seçkilər zamanı Qrin Trampın “İran sivilizasiyasını məhv etmək” təhdidinə cavab olaraq onun vəzifədən uzaqlaşdırılması üçün ABŞ Konstitusiyasının 25-ci düzəlişinin tətbiqinə çağırıb.
O, sosial mediada yazıb: “25-ci düzəliş!!! Amerikaya bir dənə də olsun bomba düşmədi. Biz bütün bir sivilizasiyanı öldürə bilmərik. Bu, şər və dəlilikdir.”
Qrin Trampa cavab verdi
Tramp tərəfindən “xain” adlandırıldıqdan sonra Qrin iddia edib ki, onun keçmiş dairəsi Demokratlara keçmək təhlükəsi daşımır. O, 2024-cü ildə Demokrat namizəd Sean Harris-i təxminən 29 faiz fərqlə məğlub etdiyini də vurğulayıb.
Qrin həmçinin Trampı tənqid edərək bildirib ki, o, MAGA hərəkatını “Əvvəlcə Amerika” yanaşmasından uzaqlaşdırır və “Epşteyn sənədlərini ört-basdır etmək” və xarici müharibələrə son qoymaqla bağlı vədlərini yerinə yetirmir.
“Bu, kədərlidir”, – deyə Qrin qeyd edib.
İzmedia.az
![]()

