WSJ: Donald Tramp İranla hərbi variantı təxirə salaraq diplomatiyaya üstünlük verdi

2 Min Read

“The Wall Street Journal” (WSJ) qəzetinin ABŞ administrasiyasının yüksək vəzifəli mənbələrinə istinadən verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn ilə keçirdiyi bir sıra məxfi məsləhətləşmələrdən sonra Tehranla diplomatik danışıqları davam etdirmək qərarına gəlib.

Məlumata görə, hərbi rəhbərliklə keçirilən görüşlərdə İrana qarşı genişmiqyaslı hava hücumlarının bərpası və hərbi əməliyyatların genişləndirilməsi variantları ciddi şəkildə müzakirə olunub. Lakin regional gərginliyi nəzərə alan Tramp “hələlik diplomatik xəttə sadiq qalmağı” seçib.

Nüvə proqramının ləğvi üçün diplomatiya şansı Qəzet Ağ Evdəki mənbələrə istinadən yazır:

“Yekun qərar hələ verilməsə də, Tramp köməkçilərinə bildirib ki, hazırkı məqamda yeni bir genişmiqyaslı zərbə dalğası kövrək diplomatiyanı tamamilə poza bilər. Prezident hesab edir ki, hərbi eskalasiya Vaşinqtonun İranın nüvə proqramını sonda tamamilə ləğv etmək qabiliyyətinə və strateji hədəflərinə ciddi zərər vurar”.

Avqust ayınadək vaxt uzadıla bilər ABŞ və İran iyunun 17-də atəşkəs fonunda 14 maddəlik müvəqqəti anlaşma memorandumu imzalayıblar. Bu sənədə əsasən, yekun nüvə sazişinə nail olmaq üçün tərəflərə 60 günlük (17 avqust tarixinədək) danışıqlar müddəti tanınıb.

WSJ-nin hesabatında qeyd olunur ki, Donald Tramp qapalı qapılar arxasında köməkçilərinə bu prosesin 18 avqust tarixinədək və ya bir qədər də sonraya uzadılmasına heç bir etirazının olmadığını, danışıqların gedişatından asılı olaraq Tehrana əlavə vaxt verməyə hazır olduğunu sızdırıb. Ekspertlər bunu Vaşinqtonun böyük bir müharibədən qaçmaq və diplomatik manevr üçün zaman qazanmaq chdi kimi qiymətləndirirlər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş