Lavrov: Aİ-nin militarizasiyası sürətlənir və “təhlükəli istiqamət” alır

1 Min Read

Rusiya xarici işlər naziri Sergey Lavrov Çinə səfərindən sonra jurnalistlərə açıqlamasında Avropa İttifaqının militarizasiya prosesinin “çox sürətlə irəlilədiyini” bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının bəzi elitaları militarizasiyanı əsas siyasi prioritetlərdən biri kimi görür.

Lavrov həmçinin iddia edib ki, Aİ Serbiyanı Rusiyaya qarşı “bufer zonası”na çevirməyə çalışır. O, üzvlük şərtləri arasında Kosovonun müstəqilliyinin tanınması və Rusiyaya qarşı sanksiyalara uyğunlaşmanın yer almasını bunun göstəricisi kimi qiymətləndirib.

Nazir Serbiya Prezidenti Aleksandr Vuçiçin bu şərtlərə qarşı mövqe sərgilədiyini də qeyd edib.

Lavrov əlavə edib ki, Yaxın Şərqdəki vəziyyət fonunda Avropa rəsmiləri Rusiya enerjisindən tam imtina planlarının təxirə salınmasını müzakirə edir. O, Rusiyanın enerji təchizatından imtinanın Avropanı yeni enerji asılılıqlarına yönləndirə biləcəyini iddia edib.

Rusiya XİN rəhbəri bu prosesi “dönüş nöqtəsi” kimi xarakterizə edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş