Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigez cümə günü bildirib ki, Venesuelada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 2595-ə çatıb.
O, mətbuat konfransında bildirib ki, “bu günə olan məlumata görə, ölənlərin sayı 2595 nəfərdir”.
Eyni zamanda, Rodriges neçə nəfərin itkin düşmüş hesab edildiyini dəqiqləşdirməyib. Medianın dərc etdiyi qeyri-rəsmi məlumatlara görə, itkin düşənlərin sayı təxminən 38.500 nəfərə çatır.
Venesuelanın müvəqqəti prezidenti də hökumətin iki zəlzələnin yaratdığı dağıntılara cavab verməkdə çox yavaş olduğuna dair məlumatları təkzib etdi.
“Bu, ölkəmizdə seysmik hadisənin baş verə biləcəyini bilsək də, təsəvvür edə bilməyəcəyimiz miqyasda təbii bir faciə idi”, – Rodrigez dedi.
Rodrigez əlavə edib ki, axtarış-xilasetmə əməliyyatları davam edir.
“Hələ də insanları sağ tapa bilərik”, – deyə o vurğuladı.
İzmedia.az
![]()

