İsrailin müdafiə naziri İranla müharibəyə hazır olduğunu bildirib

1 Min Read

İsrail Müdafiə Naziri İsrael Katz cümə günü bildirib ki, İsrail Müdafiə Qüvvələri lazım gələrsə, İrana qarşı təkbaşına müharibə aparmağa hazır olmalıdır.

“The Jerusalem Post” qəzeti nazirin sözlərini sitat gətirərək yazıb: “İsrail Müdafiə Qüvvələrinin Baş Qərargahı, hər hansı bir təhlükəni aradan qaldırmaq üçün lazım gələrsə, müstəqil şəkildə İrana qarşı İsrail hücumu etməyə hazır olmalıdır”.

Katzın şərhi Fələstin HƏMAS qrupunun 7 oktyabr 2023-cü ildə İsrail ərazisinə hücum etməsinin 1000-ci gününə təsadüf edib.

O, həmçinin xatırladıb ki, son silahlı münaqişə zamanı İsrail “İran rəhbərliyinin əksər hissəsini məhv etməyə və İranın strateji imkanlarına zərər verməyə” nail olub.

Dünən İranın xarici işlər naziri Abbas Əraqçi İsraili İrana qarşı təhdid xarakterli açıqlamalarla bağlı xəbərdar etdi. Onun sözlərinə görə, Tehran istənilən təhdidə “dərhal və sərt” cavab verəcək.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş