Bolqarıstan deputatı Ukraynaya silah göndərilməsini tənqid edib

1 Min Read
Bolqarıstan Milli Assambleyasının üzvü Angel Georgiyev TASS-a verdiyi müsahibədə Bolqarıstanın Ukraynaya çoxlu sayda silah göndərdiyini bildirib və bunu “böyük səhv” adlandırıb.

Bolqarıstandakı ABŞ və NATO bazalarının Ukraynaya silah tədarükündə istifadə olunub-olunmaması ilə bağlı sualı cavablandıran Georgiyev belə deyib: “Biz ‘bəli’ deyə bilmərik, çünki bu mənim məxfi məlumatım ola bilər”. O əlavə edib ki, Bolqarıstanın Ukraynaya silah göndərməsi bu ehtimalı məntiqli edir.

“Biz Ukraynaya çoxlu sayda Bolqarıstan silahı göndərmişik və bu, böyük səhv idi. Biz bunu etməməli idik”, – deyə o bildirib.

Deputat həmçinin bildirib ki, mediada Ukrayna müharibəsinə daha çox diqqət yetirildiyi halda digər regionlardakı münaqişələr kifayət qədər işıqlandırılmır: “Televizoru açanda bütün gün Ukraynadan danışırlar, amma Afrikada baş verənlər və orada hər gün ölən insanlar barədə demək olar ki, heç nə deyilmir. Bu, ədalətsizdir”.

Onun sözlərinə görə, demokratik cəmiyyətlərdə məlumatlar balanslı təqdim olunmalı, həqiqət isə təhrif edilməməlidir.

Georgiyev daha sonra Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallası tənqid edərək onların qərarlarını “Avropa üçün təhlükəli” adlandırıb.

O həmçinin Avropa Parlamentində məqsədlərindən birinin həmin şəxslərin vəzifədən uzaqlaşdırılması olduğunu bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş