Cəlilabadda yol qəzası: İdarəetmədən çıxan “Mercedes” qəzaya düşdü, xəsarət alanlar var

1 Min Read

Cəlilabadda yol qəzası olub. İdarəetmədən çıxan “Mercedes” markalı avtomobil qəza törədib.

Xəsarət alanlar var

İzmedia.Az xəbər verir ki

İlkin məlumata görə, şəhər istiqamətində hərəkət edən “Mercedes” markalı minik avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində qəzaya düşüb.

Hadisə yerinə dərhal Yol Patrul Xidməti (YPX) əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Avtomobildə olan xanımlar yüngül xəsarətlər aldıqları üçün onlara hadisə yerində ilkin tibbi yardım göstərilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş