“Bild” qəzeti Alman Ovçuluq Assosiasiyasının (DJV) məlumatlarına istinadən bildirib ki, Almaniyanın ekosistemi Cənubi Amerikadan gələn invaziv nutriyaların yayılması səbəbindən təhlükə altındadır.
Nəşrdə deyilir ki, “Cənubi Amerikadan gələn Coypular invaziv növ hesab olunur. Almaniyada onların təbii yırtıcıları yoxdur. Bu heyvanlar qamışlıqları məhv edir və bununla da bir çox quş, balıq və amfibiya növünü təhlükə altına qoyur. Onlar həmçinin bəndləri aşındırır və daşqınlardan qorunmanın effektivliyini azaldır”.
DJV-də qeyd edildiyi kimi, 2024-2025-ci il ov mövsümündə 130 mindən çox nutriya tutulub ki, bu da əvvəlki mövsümlə müqayisədə 14,5 min çoxdur. Assosiasiya heyvanların Almaniyada sürətlə yayıldığını qeyd edib. Bu baxımdan, DJV populyasiya artımının qarşısını almaq və ekoloji tarazlığı qorumaq üçün kütləvi şəkildə məhv edilməsinin vacibliyində israr edir.
![]()

