İsrailin Baş naziri Benyamin Netanyahu Fox News-a verdiyi müsahibədə Livanın cənubundakı bəzi xristian kəndlərinin Hizbullah hərəkatından qorunmaq üçün İsraildən onları ilhaq etməsini istədiyini bildirib.
“Livandakı xristian kəndlərindən bəziləri İsrailə qoşulmaq üçün müraciət ediblər, çünki biz onları Hizbullahdan, onları öldürmək istəyən Hizbullah fanatiklərindən qoruyuruq. Və biz hər yerdəki xristianlar üçün də eyni şeyi edirik”, – deyə o bildirib.
Netanyahunun açıqlaması İsrail-Livan sərhədində davam edən gərginlik və İsrail ilə Hizbullah arasında müntəzəm atəş mübadiləsi fonunda verilib.
![]()

