Netanyahu: Amerika bizi nümunəvi müttəfiq adlandırdı, çünki biz sizin çoxsaylı sözdə müttəfiqləriniz kimi deyilik

1 Min Read

İsrailin Baş naziri Benyamin Netanyahu Fox News -a verdiyi müsahibədə bildirib ki , Amerika bizi nümunəvi müttəfiq adlandırıb, çünki biz sizin çoxsaylı sözdə müttəfiqləriniz kimi deyilik.

Netanyahunun sözlərinə görə, ABŞ-ın İsraildən güclü müttəfiqi yoxdur, İsrailin isə ABŞ-dan güclü müttəfiqi yoxdur.

“İndi sizə bunu deyim: Prezident Tramp ABŞ-ın lideridir. O, Amerika üçün yaxşı olanı edir. Mən yeganə yəhudi dövləti olan İsrailin lideriyəm. Mən İsrail üçün yaxşı olanı edirəm. 99% hallarda fikirlərimiz üst-üstə düşür, amma hər hansı bir ailədə, istənilən yaxın dostluqda olduğu kimi, bəzən fikir ayrılıqları yaranır və biz onları açıq şəkildə, deyə bilərəm ki, azad ruhda müzakirə edirik və bir qayda olaraq, onları həll edirik”, – deyə o bildirib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş