Çin Mərkəzi Televiziyasının məlumatına görə, Çin Prezidenti Si Cinpin ölkənin bir sıra bölgələrində təbii fəlakətlərlə mübarizə tədbirlərinin gücləndirilməsini əmr edib.
Qeyd edildiyi kimi, Çin lideri daşqınların mənfi nəticələrinin qarşısının alınması və təcili şəkildə aradan qaldırılmasının vacibliyini qeyd etdi. O, xilasetmə əməliyyatlarının aparılması, zərərçəkənlərə tibbi yardım göstərilməsi və əhalinin təhlükəli ərazilərdən təxliyəsi üçün maksimum səylərin göstərilməsini tələb etdi.
Çinin bir çox bölgəsində leysan yağışlar davam edir, daşqınlara və təbii fəlakətlərə səbəb olur. Tələfat və xəsarət alanlar, eləcə də infrastruktur obyektlərinin dağılması barədə məlumatlar var.
İzmedia.az
![]()

