Tramp: ABŞ və İran razılaşma imzalamağa yaxınlaşır

0 Min Read

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda ABŞ və İran arasında razılaşma əldə olunmasına yaxınlaşdıqlarını bildirib.

O, Ağ Evdə səhiyyə xidmətlərinə çıxış məsələsinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib: “Razılığa yaxın olduğumuzu düşündüyümüz vaxtlar olub, amma alınmayıb. İndi vəziyyət bir az fərqlidir”.

Tramp əlavə edib ki, Yaxın Şərq regionundakı bəzi ölkələr də razılaşmanın əldə olunma ehtimalına inanırlar. Onun sözlərinə görə, İran tərəfi ilə genişmiqyaslı danışıqlar aparılır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş