BBC-nin məlumatına görə, ABŞ İrana neft satmaq üçün müvəqqəti icazəni ləğv edib.
ABŞ Maliyyə Nazirliyi Hörmüz boğazında tankerlərə edilən hücumlar səbəbindən İran neftinə qarşı sanksiyalardan müvəqqəti güzəşt qərarını ləğv etdiyini açıqladı.
Səudiyyə Ərəbistanı və Qətər çərşənbə axşamı İranın onların tankerlərinə atəş açdığını elan etdilər. ABŞ Maliyyə Nazirliyi hücumları “tamamilə qəbuledilməz” adlandırdı.
Sanksiyaların müvəqqəti olaraq ləğvi, yəni İrana neft hasil etməyə, satmağa və alıcılara çatdırmağa icazə verilməsi, ABŞ və İranın iyun ayında imzaladığı sülh anlaşma memorandumuna daxil edilmiş addımlardan biri idi.
Memorandum tərəflərin hazırda danışıqlar apardığı sülh müqaviləsinə doğru atılan bir addım kimi qəbul edildi.
İzmedia.az
![]()

