Britaniya Baş naziri Moskvaya cavab verdi: “Ukraynaya 100% dəstəyimizi sürdürürük”

1 Min Read
Böyük Britaniyanın Baş naziri Endi Bernhem (Andy Burnham) Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, Londonun Ukraynaya tam dəstək verməkdə davam edəcəyini bəyan edib.
“Reuters” agentliyinin məlumatına görə, Hökumət rəhbəri Rusiyanın Böyük Britaniya istehsalı dronlarla vurulması barədə xəbərlərdən sonra Moskvanın Londonu hədələməsinə reaksiya verib. Bernhem vurğulayıb ki, Britaniya Vladimir Putinin başladığı bu qanunsuz müharibədə Ukraynanın 100 faiz arxasındadır.
“Biz Ukraynanın özünü müdafiə edə bilməsi üçün dəstək veririk. Bu, münaqişə boyunca Böyük Britaniyanın dəyişməz mövqeyi olub və belə də qalacaq”, — deyə Baş nazir bildiriş edib.
Qeyd edək ki, Rusiya tərəfi Ukraynaya tədarük edilən dronlara görə məsuliyyətin birbaşa Böyük Britaniyanın üzərinə düşdüyünü bəyan edib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş