İİKK bölgədəki ABŞ hərbi bazalarına qarşı zərbələri genişləndirməyə hazır olduğunu açıqlayıb

1 Min Read

İranın dövlət televiziyası IRIB-nin 9 iyulda verdiyi məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Vaşinqtonun təcavüzünü davam etdirəcəyi təqdirdə bölgədəki ABŞ hərbi bazalarına qarşı zərbələrini genişləndirəcəyini açıqlayıb.

Telegram kanalında dərc olunmuş mesajda deyilir: “İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ ordusuna xəbərdarlıq edir ki, təcavüzün təkrarlanması halında sarsıdıcı cavabımız bölgədəki digər ABŞ hərbi bazalarına da şamil ediləcək”.

İİKK-nın bəyanatında həmçinin qeyd olunur ki, cavab əməliyyatı zamanı Küveyt və Bəhreyndə yerləşən Amerika hərbi bazalarının infrastrukturuna və obyektlərinə zərbələr endirilib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş