Tramp İranın yeni hücumlardan sonra ABŞ-yə razılaşma təklif etdiyini bildirib

1 Min Read

CNN-in məlumatına görə, ABŞ prezidenti Donald Tramp iddia edir ki, ABŞ ordusu ölkə ərazisinə dəfələrlə zərbələr endirdikdən sonra İran nümayəndələri ona zəng edərək razılaşma əldə etmək istəyiblər.

Tramp Türkiyədə keçirilən NATO sammitindən qayıdarkən Air Force One-da jurnalistlərə bildirib ki, “Bir müddət əvvəl zəng ediblər, həqiqətən də razılaşmaq istəyirlər. Sadəcə, razılaşmaya layiq olub-olmadıqlarını bilmirəm”.

Son iki gecə ərzində ABŞ Hörmüz boğazında gəmilərin atəşə tutulmasına cavab olaraq İrana qarşı zərbələri bərpa edib.

Tramp İranın ticarət gəmilərinə yenidən hücum edəcəyi təqdirdə ABŞ ordusunun daha güclü zərbə endirəcəyi ilə hədələyib.

O, cümə axşamı gecəsi Truth Social sosial şəbəkəsində yazıb: “Əgər bunu bir daha etsələr, onlar üçün daha pis olacaq”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş