“Latviya Rusiyaya nota verdi” – Riqa Moskvanı dron hücumunda ittiham etdi

Nərmin
2 Min Read

İzmedia.az xəbər verir ki, Latviya Xarici İşlər Nazirliyi pilotsuz uçuş aparatlarının ölkə hava məkanına daxil olması ilə bağlı Rusiyanın müvəqqəti işlər vəkili Dmitri Kasatkinə rəsmi etiraz notası təqdim edib.

Məlumata görə, Riqa dronların Rusiya istiqamətindən gəldiyini və yanacaq infrastrukturu obyektlərinə hücum etdiyini iddia edir. Hadisə Latviya ilə Rusiya arasında diplomatik münasibətlərdə yeni gərginlik yaradıb.

Latviya XİN bildirib ki, ölkənin hava məkanı heç vaxt Rusiyaya qarşı hərbi əməliyyatlar üçün istifadə edilməyib. Nazirlik həmçinin Ukraynadakı müharibənin Baltik regionunun təhlükəsizliyi üçün ciddi risklər yaratdığını vurğulayıb.

Bundan əvvəl Latviya hərbçiləri dövlət sərhədini ən azı üç naməlum pilotsuz aparatın keçdiyini qeydə alıblar. Silahlı Qüvvələrin Birləşmiş Qərargah rəisinin müavini Eqils Leşçinskis deyib ki, dronlara atəş açılmaması məqsədli qərar olub. Onun sözlərinə görə, vurulan aparatların qalıqları mülki şəxslərə və infrastruktura zərər verə bilərdi. Buna görə hava patrulu gücləndirilib.

Gərginlik Latviyanın baş naziri Evika Silinyanın ölkənin şərqində yerləşən neft bazasına düşən drona görə Rusiyanı məsul saymasından sonra daha da artıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, mayın 7-nə keçən gecə Leninqrad vilayətindəki obyektlərə hücum etməyə çalışan altı dron aşkarlanıb. Ehtimal edilir ki, onlardan biri Ukraynaya məxsus “Lyutıy” adlı uzaqmənzilli pilotsuz aparat olub. Həmin dron Latviya hava məkanına daxil olduqdan sonra sərhəddən 40 kilometr aralıda yerləşən yanacaq anbarına düşərək yanğına səbəb olub.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş