İran dövlət mediasının verdiyi məlumata görə, ABŞ hərbi hava qüvvələrinin hücumları nəticəsində çərşənbə axşamı İranın yeddi şəhəri və üç adasında güclü partlayışlar baş verib.
Partlayışlar Buşehr əyalətinin cənubundakı Cem, Buşehr və Kanqan şəhərlərində, eləcə də Hörmüzgan əyalətinin cənubundakı Bəndər Abbas liman şəhərində baş verib. Mehr xəbər agentliyinin məlumatına görə, partlayışlar həmçinin cənub-qərbdəki Xuzistan əyalətinin Omidyar şəhərində də baş verib və dörd nəfər yaralanıb. Oman körfəzində yerləşən Sistan və Bəlucistan əyalətlərinin Çabahar və Konarak şəhərləri də hədəfə alınıb.
Bundan əlavə, ABŞ Fars körfəzindəki Kiş və Əbu Musa adalarına, eləcə də Hörmüz boğazındakı Qeşm adasına zərbələr endirib.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran hədəflərinə növbəti zərbələr seriyasını elan etmişdi. Komandanlıq vurğulayıb ki, “Bu zərbələr İran qüvvələrinə ciddi ziyan vurmağa davam edəcək və onların Hörmüz boğazında mülki şəxslərə və ticarət gəmilərinə hücum etmək qabiliyyətini zəiflədəcək”.
İzmedia.az
![]()

