ABŞ Prezidenti Donald Tramp bazar ertəsi günü bildirib ki, ABŞ Fars körfəzindəki bütün ərəb ölkələrini müdafiə edir və Hörmüz boğazında gəmiçiliyin təmin edilməsi müqabilində kompensasiya gözləyir.
O, bazar ertəsi Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, “Dünyanın çox zəngin bir hissəsini qoruduğumuz üçün kompensasiya almaq istəyirəm. Biz pul xərcləyirik”. Tramp Vaşinqtonun Hörmüz boğazında normal gəmiçiliyin təmin edilməsinə yönəlmiş hərəkətlərinə toxunaraq vurğulayıb: “Biz kömək etdiyimiz ölkələrdən onların qorunması müqabilində kompensasiya alacağıq”.
İzmedia.az
![]()

