Tramp silah istehsalına 10 milyard dollarlıq yeni investisiya qoyulacağını açıqladı

1 Min Read

ABŞ Prezidenti Donald Tramp Pensilvaniyada silah sənayesinə təxminən 10 milyard dollarlıq yeni investisiya qoyulacağını açıqlayıb. Bu investisiyalar İranda davam edən müharibənin ABŞ-ın Tomahawk qanadlı raketlərinin, eləcə də Patriot və THAAD raketdən müdafiə sistemlərinin təchizatını azaltdığı bir vaxta təsadüf edir.

Yerli media ABŞ prezidentinin sözlərini sitat gətirib: “Pensilvaniya işçiləri və mütəxəssisləri gəmilər, sualtı qayıqlar, yük maşınları inşa edəcək, silah istehsal edəcək və Amerikaya ölkə tarixində ən güclü və ən qüdrətli millət statusu verəcək bir sənaye inkişaf etdirəcəklər” .

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş