Bild: Almaniyada bir arıçı İsanın heykəlində məskunlaşan 35.000 arını xilas etdi

1 Min Read

Bild qəzetinin məlumatına görə, Almaniyada bir kişi İsa peyğəmbərin heykəlinin içərisində yaşayan 35.000 arını xilas edib.

Bavariyanın Deggendorf şəhərində təxminən 35.000 arı koloniyası çöldə dayanan boş taxta İsa heykəlinin içərisində məskunlaşmışdı. Heykəl iyulun əvvəlində bərpa üçün postamentindən götürüldükdə, içərisində arı mumu olan bir pətək aşkar edilmişdir.

Yerli arıçı Saymon Veber köməyə çağırıldı. O, heykəlin arxasını açdı və arıları ehtiyatla çıxardı. Hiylə kraliçanı tutmaq idi, bundan sonra qalan arılar da onun ardınca getdilər. Arıçı qrupu xüsusi bir qutuya köçürdü. Onun sözlərinə görə, kraliça, ehtimal ki, yeni bir ev axtarmaq üçün bəzi arılarla əvvəlki yuvanı tərk edib və heykəli ağacdakı dəlik kimi səhv salıb.

Əgər insan müdaxiləsi olmasaydı, Saymon arıların azalmadan sağ çıxa bilməyəcəyinə əmindir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş