Ələt-Astara yolunda ağır yük maşını qəzası: Xəsarət alan var

1 Min Read

​Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonu istiqamətindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

​İzmedia.az-ın məlumatına görə, Cəlilabad rayonunun Maşlıq kənd sakini Babayev Cavid Zamin oğlunun idarə etdiyi “Ford Transit” markalı, 99-XC-708 dövlət qeydiyyat nişanlı kiçiktonajlı yük avtomobili hərəkətdə olarkən “KamAZ” markalı yük maşınına çırpılıb.

 

​Güclü zərbənin təsirindən “Ford” markalı avtomobilin ön və salon hissəsi tamamilə əzilərək tanınmaz və yararsız hala düşüb. Hadisə zamanı nəqliyyat vasitəsində olan hava şarları açılıb.

​Qəza nəticəsində sürücü Cavid Babayev xoşbəxtlikdən ciddi xəsarət almayıb. O, hadisəni yüngül bədən xəsarətləri ilə atladıb.

​Hazırda faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır, qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir. Hadisə yerindən eksklüziv görüntüləri təqdim edirik

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş