Gəncədə avtomobil süpürgəçini vurub öldürdü

Nərmin
0 Min Read

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

izmedia.az “Oxu.Az”a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hadisə zamanı minik avtomobili yolda təmizlik işləri aparan, 1965-ci il təvəllüdlü Zəminə Qurbanovanı vurub, daha sonra köşkə çırpılıb.

Qəza nəticəsində qadın həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş