Cəlilabad rayonun Əsədli kənd ərazisində avtomobil qəzası baş verib.
İzmedia.az xəbər verir ki, idarəetmədən çıxan Toyota Prado markalı avtomobil aşıb.
Avtomobildə olan 7 nəfər müxtəlif tipli bədən xəsarətləri alıb.
Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəsarət alanlar sürücü Hafiz Rüstəmov, Kəmalə Rüstəmova (1985), Onların qızları Zeynəb R. (2013), İlahə R.(2015), Ariz R.(2019)
Bunlardan Zeynəb R. (2013) Daha ağır xəsarət aldığı üçün başqa xəstəxanaya aparılacağı qeyd olunur
![]()



