İtaliya Rusiyanın hərbi attaşesini ölkədən çıxarmaq qərarını tənqid edib

1 Min Read

İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib ki , Rusiya Federasiyası heç bir səbəb göstərmədən İtaliya hərbi attaşesini və onun köməkçisini Moskvadan qovub .

“Bu, İtaliyanın milli təhlükəsizliyinə zərər verən casusluq aktında yaxalanan iki Rusiya hərbi diplomatının İtaliyadan qovulmasına görə açıq-aşkar qisas aktıdır”, – deyə o qeyd edib.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Romadakı Rusiya hərbi missiyasının iki əməkdaşının qovulmasına cavab olaraq Moskvanın İtaliya hərbi nümayəndəsini qovduğunu açıqlamışdı.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş