İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib ki , Rusiya Federasiyası heç bir səbəb göstərmədən İtaliya hərbi attaşesini və onun köməkçisini Moskvadan qovub .
“Bu, İtaliyanın milli təhlükəsizliyinə zərər verən casusluq aktında yaxalanan iki Rusiya hərbi diplomatının İtaliyadan qovulmasına görə açıq-aşkar qisas aktıdır”, – deyə o qeyd edib.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Romadakı Rusiya hərbi missiyasının iki əməkdaşının qovulmasına cavab olaraq Moskvanın İtaliya hərbi nümayəndəsini qovduğunu açıqlamışdı.
İzmedia.az
![]()

