“Əl-Cəzirə”nin verdiyi məlumata görə, Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan Əl Səudla telefon danışığı aparıb.
Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər regiondakı son hadisələri, o cümlədən Qırmızı dənizdəki və Yəmən sahillərindəki Bab əl-Məndəb boğazındakı vəziyyəti müzakirə ediblər.
Danışıqlar regionda davam edən gərginlik fonunda aparılıb. Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, müzakirələr iyulun 20-də Səudiyyə Ərəbistanının dəniz blokadasını elan edən və Hörmüz boğazının bağlanmasından sonra Qırmızı dənizə yönəldilən neft tədarükünü pozan Yəmən husilərinin hərəkətlərinin nəticələrinə yönəlib. Həmçinin bildirilib ki, husilər Bab əl-Məndəb boğazından gəmilərin keçməsi üçün rüsum tətbiq edəcəklər.
Bundan əlavə, nazirlər İordaniyanın Fələstin və işğal olunmuş Qərb Şəriyədəki vəziyyəti müzakirə etmək üçün ərəb və İslam ölkələrinin görüşünü çağırmaq təşəbbüsünü alqışlayıblar.
İzmedia.az
![]()

