Çin və Hindistan nümayəndələri Pekində sərhəd və əməkdaşlıq məsələlərini müzakirə ediblər

1 Min Read

Çinin vitse-prezidenti Han Çjen Pekində Hindistanın milli təhlükəsizlik müşaviri və Çin-Hindistan sərhəd məsələləri üzrə xüsusi nümayəndəsi Acit Doval ilə görüşüb.

“Xinhua” agentliyinin məlumatına görə, Han Çjen Pekin və Yeni Dehlinin ikitərəfli münasibətlərə yüksək səviyyəli strateji və uzunmüddətli perspektivdən yanaşmasının, habelə hər iki ölkə liderlərinin əldə etdiyi mühüm razılaşmaların icrasının vacibliyini vurğulayıb.

Çin rəsmisi əlavə edib ki, tərəflər strateji qarşılıqlı etimadı gücləndirməli, əməkdaşlıq potensialını reallaşdırmalı, çoxtərəfli koordinasiyanı qorumalı, fikir ayrılıqlarını düzgün tənzimləməli və Çin-Hindistan əlaqələrinin sabit, davamlı inkişafına töhfə verməlidirlər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş