Donald Tramp sentyabrda İrlandiyaya iki günlük səfər edəcək

1 Min Read

“Press Association” agentliyinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp sentyabrın 12-də İrlandiyaya ən azı iki günlük səfər edəcək.

Səfər çərçivəsində Trampın Klare qraflığında özünə məxsus “Trump International Golf Links & Hotel” kompleksinin yerləşdiyi Dunbeq ərazisinə gələcəyi və sentyabrın 13-də başa çatacaq “Irish Open” qolf turnirinin tədbirlərində iştirak edəcəyi gözlənilir. Proqrama Dublinə səfər də daxildir, lakin paytaxtdakı tədbirlərin təfərrüatları hələ tam dəqiqləşdirilməyib.

Xatırladaq ki, Tramp sonuncu dəfə İrlandiyaya 2023-cü ildə Dunbeqə səfər edərkən tərəfdarları tərəfindən isti qarşılanmışdı. Prezident kimi 2019-cu ildə gerçəkləşən səfəri isə Dublində solçu, ekoloji və müharibə əleyhinə qrupların geniş etirazları ilə yaddaq qalmışdı. Ölkəyə sonuncu dəfə səfər edən ABŞ lideri isə 2023-cü ildə Co Bayden olub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş