ABŞ Prezidentinin Belarus üzrə xüsusi elçisi Con Koul Belarus Prezidenti Aleksandr Lukaşenkonun dəyərli töhfəsini yüksək qiymətləndirdiyini bildirib.
İzmedia.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidmətinə yaxın olan Pul Pervogo Telegram kanalı məlumat verib.
Kolun sözlərinə görə, tərəflər son görüşlərində ABŞ-Belarus münasibətləri, iki ölkənin İran müharibəsi ilə bağlı mövqeləri və vəziyyətin həlli yolları barədə danışıblar. Onlar həmçinin Lukaşenkonun Vaşinqtona səfər etmə ehtimalını müzakirə ediblər və bu məsələ ilə bağlı danışıqları davam etdirmək barədə razılığa gəliblər. Kol əlavə edib ki, ABŞ prezidenti Donald Tramp həmişə Lukaşenkonu öz dostu və hörmətli qlobal lider adlandırır.
İzmedia.az
![]()

