KTMT müttəfiqlərini qorumaq üçün kütləvi qırğın silahlarından istifadəni istisna etmir

1 Min Read

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) daimi nümayəndəsi Viktor Vasilyev “RİA Novosti”yə bildirib ki, təşkilatın kollektiv təhlükəsizlik strategiyası müttəfiqləri qorumaq üçün kütləvi qırğın silahlarından istifadə olunmasını istisna etmir.

Nümayəndə vurğulayıb ki, Strategiyanın hazırlanmasında istifadə olunan sənədlərdə, eləcə də Rusiya Federasiyasının hərbi doktrinasında hücum halında müttəfiqlərin müdafiəsi üçün nüvə silahından istifadə edilməsi imkanı nəzərdə tutulub.

Vasilyevin sözlərinə görə, KTMT tərəfindən qəbul edilmiş sənədlərdə kollektiv təhlükəsizliyə qarşı müasir çağırışlar və təhdidlər arasında hərbi nüvə potensialına malik ölkələrin sayının artması ehtimalı, eləcə də kütləvi qırğın silahlarının və onların çatdırılma vasitələrinin yayılması xüsusi qeyd olunur.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş