Devdoraki dərəsində yerləşən erkən xəbərdarlıq sistemindən həyəcan siqnalının daxil olması səbəbindən Gürcüstan və Rusiya sərhədindəki “Yuxarı Lars – Daryal” keçid məntəqəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, təhlükəsizlik protokollarına uyğun olaraq “Daryal” sərhəd-keçid məntəqəsindəki vətəndaşlar və əməkdaşlar dərhal təhlükəsiz yerə təxliyə olunublar. Həyəcan siqnalının çay yatağında suyun səviyyəsinin minimal artımı səbəbindən işə düşdüyü bildirilir.
Qeyd edək ki, analoji profilaktik xəbərdarlıq bir neçə həftə əvvəl də qeydə alınmış və hərəkətin bir neçə saatlıq dayandırılması ilə nəticələnmişdi.
İzmedia.az
![]()

