“Novosti Qruziya” nəşrinin məlumatına görə, Gürcüstanın Baş naziri İrakli Kobaxidze xarici agentliyin ölkənin milli kimliyini sarsıtmağa yönəldiyini bildirib.
Baş nazir vurğulayıb: “Xarici agentliyin məqsədi milli kimliyi sarsıtmaqdır. Biz bütün bunlara yalnız qanun çərçivəsində, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə qarşı çıxmalıyıq və bu məsələ aktiv müzakirə olunmalıdır”.
Hökumət rəhbəri hansı yeni qanunvericilik dəyişikliklərinin nəzərdə tutulduğunu açıqlamayıb. Qeyd edək ki, ötən həftə hakim partiyanı dəstəkləyən iki ictimai qrup milli ənənələri, kilsəni və kimliyi qorumaq məqsədilə təsis edildiyini bəyan edib.
İzmedia.az
![]()

