Küveyt Müdafiə Nazirliyinin sözçüsü polkovnik Səud Əbdüləziz əl-Uteybi bildirib ki, ölkənin hava hücumundan müdafiə qüvvələri GMT vaxtı ilə saat 05:00-dan etibarən 28 İran pilotsuz uçuş aparatını məhv edib.
Onun sözlərinə görə, bu hücumlar “İranın intensiv və düşmən xarakterli dalğası” çərçivəsində həyata keçirilib və çoxsaylı pilotsuz uçuş aparatları zərərsizləşdirilib.
Əl-Uteybi əlavə edib ki, bəzi dronlar ölkənin cənubunda yerləşən mühüm neft obyektlərini və elektrik stansiyalarını hədəfə alıb. Nəticədə neft infrastrukturu, enerji obyektləri və suyun duzsuzlaşdırılması zavodlarına ciddi maddi ziyan dəyib.
İzmedia.az
![]()

