Yonhap News Agencynin məlumatına görə, hakim Demokrat Partiyasının deputatı Kim Joon-hwan bildirib ki, South Koreada dələduzluğun qurbanı olan xarici vətəndaşların sayı son iki ildə təxminən dörd dəfə artıb.
Milli Polis Agentliyinin statistikasına əsasən, 2023-cü ildə 5307, 2024-cü ildə 8671, 2025-ci ildə isə artıq 19 907 xarici vətəndaş dələduzluq qurbanı olub.
Hüquq-mühafizə orqanları bildirir ki, bu halların böyük hissəsi Koreya pop mədəniyyətinin xarici pərəstişkarları — “hallyu” dalğası ilə bağlıdır. Fırıldaqçılar fanatlara BTS kimi K-pop ulduzlarına aid suvenirlər və eksklüziv məhsullar satmaq vədi verir, ödənişdən sonra isə yoxa çıxırlar.
Ən diqqətçəkən hadisələrdən biri iyunun 12-13-də Busanda keçirilən BTS konserti zamanı qeydə alınıb. Həmin günlərdə əcnəbilərə qarşı baş verən beş cinayətdən üçü dələduzluq olub.
Ümumilikdə, Cənubi Koreyada müxtəlif cinayətlərin qurbanı olan xarici vətəndaşların sayı iki ildə 81,7 faiz artaraq 28 048 nəfərdən 50 975 nəfərə yüksəlib. Deputat Kim Jun-hvan turistlərin sayının sürətlə artdığı şəraitdə xarici ziyarətçilərin qorunması üçün daha sərt tədbirlərin görülməsinə çağırıb.
İzmedia.az
![]()

