Rusiyalı hakerlər Ukraynanın neft anbarlarına hücumlarına dair sənədləri ələ keçirdiklərini açıqlayıblar

1 Min Read

Rusiyalı hakerlər bu ilin iyul ayında Ukrayna tərəfinin Leninqrad və Kalininqrad vilayətlərindəki neft anbarlarına etdiyi hücumlarla bağlı fayllara giriş əldə etdiklərini bildiriblər.
TASS informasiya agentliyinə açıqlama verən hakerlər hədəf alınan obyektlərin dəqiq koordinatlarını təmin edən şəxslərin rabitə yazışmalarını və sənədlərini ələ keçirdiklərini iddia ediblər.
Xatırladaq ki, iyulun 4-də Rusiyanın hava hücumundan müdafiə qüvvələri Sankt-Peterburqun Kirovski rayonundakı neft anbarına pilotsuz uçuş aparatı (PUA) hücumunun qarşısını alıb, həmin gün PUA qalıqları Leninqrad vilayətindəki Vısotsk limanı yaxınlığında qeydə alınıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş