Mançesterdə elektrik kəsilməsi İngiltərədə qatarların hərəkətində kütləvi axsamalara səbəb olub

1 Min Read

“PA Media” agentliyinin verdiyi məlumata görə, Mançester Dəmir Yolu Nəzarət Mərkəzində baş verən elektrik kəsilməsi Böyük Britaniyanın mərkəzi və şimal-qərb bölgələrində qatarların hərəkətində genişmiqyaslı axsamalara yol açıb.
“Network Rail” şirkətindən bildirilib ki, saat 14:00 radələrində Mançesterin Aşberis stansiyası yaxınlığında yerləşən idarəetmə mərkəzində elektrik enerjisinin kəsilməsi siqnalizasiya və rabitə sistemlərinin sıradan çıxmasına səbəb olub. Təhlükəsizlik riskləri ilə əlaqədar Mançester Pikadilli daxil olmaqla, regionun əsas vağzallarında reyslər dayandırılıb, “Northern” və “TransPennine Express” kimi operatorlar sərnişinlərə səyahət etməməyi tövsiyə ediblər.
Böyük Britaniyanın nəqliyyat naziri Haydi Aleksander vəziyyətlə bağlı müntəzəm məlumat aldığını bildirərək, vətəndaşları yola çıxmazdan əvvəl marşrutları dəqiqləşdirməyə çağırıb. Qeyd edək ki, 2014-cü ildə istifadəyə verilən Mançester Nəzarət Mərkəzi ölkə üzrə dəmir yolu şəbəkəsini mərkəzləşdirilmiş qaydada idarə edən 12 əsas obyektdən biridir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş