Ermənistan hökuməti Livana humanitar yardım göstərilməsi ilə bağlı qərar qəbul edib. Müvafiq qərar mayın 14-də keçirilən hökumət iclasında təsdiqlənib.
Bu məqsədlə Ermənistanın İqtisadiyyat Nazirliyinə ehtiyat fondundan təxminən 60 milyon dramdan (150 min dollardan bir qədər çox) artıq vəsait ayrılıb.
Ayrılan məbləğin 34 milyon dramı (təxminən 90 min dollar) ərzaq və sanitar-gigiyenik məhsulların alınmasına, 26 milyon dramı (təxminən 80 min dollar) isə dərman vasitələrinin alınmasına yönəldiləcək.
Qərarda qeyd olunub ki, Livanda hərbi əməliyyatlar nəticəsində humanitar böhran yaranıb və bu səbəbdən ərzaq məhsullarına, dərmanlara, sanitar-gigiyenik vasitələrə və digər zəruri ehtiyaclara tələbat əhəmiyyətli dərəcədə artıb.
Bildirilir ki, ərzaq məhsulları və sanitar-gigiyenik vasitələr hüquqi şəxslərdən satınalma yolu ilə əldə olunacaq.
İzmedia.az
![]()

