Mixail Qaluzin: Qərbin Rusiya ilə Qazaxıstan münasibətlərini pozmaq cəhdləri boşa çıxacaq

1 Min Read

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin 3-cü Qazaxıstan-Rusiya Media Forumu çərçivəsində TASS-a müsahibəsində Qərbin Moskva ilə Astana arasındakı münasibətlərə xələl gətirmək cəhdlərinin uğursuzluğa məhkum olduğunu bildirib.

Diplomat çıxışı zamanı iki ölkə arasındakı əlaqələri hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik kimi dəyərləndirib: “Münasibətlərimiz çox möhkəmdir və dövlət başçıları Vladimir Putin ilə Qasım-Jomart Tokayev tərəfindən əldə olunmuş razılaşmalar əsasında dinamik inkişaf edir. Qazaxıstan prezidentinin ötən ilin noyabrında Rusiyaya dövlət səfəri və bu ilin mayındakı qarşılıqlı səfərlər çərçivəsində tərəfdaşlığın yeddi sütununu müəyyən edən mühüm bəyannamələr qəbul edilib”.

Nazir müavini vurğulayıb ki, qəbul olunan sənədlər fonunda çoxşaxəli əməkdaşlıq uğurla davam edir və Qərb dairələrinin bu dostluq münasibətlərini birbaşa və ya dolayısı ilə pozmaq cəhdləri heç bir nəticə verməyəcək.

Qeyd edək ki, ilk Qazaxıstan-Rusiya Media Forumu 2024-cü ilin noyabrında Moskvada, ikincisi Almatıda, Qazaxıstanın müstəqilliyinin 35-ci ildönümünə həsr olunan üçüncü forum isə Sankt-Peterburqda təşkil olunub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş