Vladimir Saldo: Kiyevin Qərb silahlarına olan ümidləri puç oldu

1 Min Read

Xerson vilayətinin qubernatoru Vladimir Saldo TASS agentliyinə verdiyi açıqlamada Kiyev rejiminin Qərbin “möcüzə silahlarına” bəslədiyi ümidlərin tamamilə uğursuzluğa düçar olduğunu bildirib.
O qeyd edib ki, Rusiya ordusu Qərbin texniki dəstəyinə qarşı effektiv əks-tədbirlər görməyi bacarıb: “Kiyevin texnoloji möcüzələrə və NATO standartlarına güvənməsi nəticə vermədi. Əvvəlcə ‘Javelin’ raketlərinə, sonra ‘HIMARS’ sistemlərinə, daha sonra isə uzaqmənzilli raketlərə, PUA-lara və NATO təlimlərinə bel bağladılar. Lakin Rusiya bütün bunlara qarşı adekvat addımlar ataraq uyğunlaşdı və güclənməyə dəvam edir”.
Region rəhbəri bununla belə əlavə edib ki, mövcud vəziyyət Kiyevin hələlik silahı yerə qoymağa hazır olması mənasına gəlmir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş