“Kalaşnikov Qrupu” BK-16 nəqliyyat-desant gəmisini təkmilləşdirir

1 Min Read

“Kalaşnikov Qrupunun” baş direktoru, Rusiya Maşınqayırma Müəssisələri İttifaqının idarə heyətinin üzvü Alan Luşnikov “TASS” agentliyinin baş direktoru Andrey Kondraşova verdiyi müsahibədə bildirib ki, qrup xüsusi hərbi əməliyyat təcrübəsinə əsaslanaraq BK-16 nəqliyyat-desant gəmisini təkmilləşdirir. Nəticədə gəminin dizaynına ilk dəfə olaraq sabit pulemyot daxil ediləcək.

Luşnikov qeyd edib: “Hərbi Dəniz Qüvvələrinin xüsusi hərbi əməliyyatdakı təcrübəsinə əsaslanaraq, BK-16 qayığı təkmilləşdirilir. İlin sonunda BK-16M qayığının texniki dizaynının nəzərdən keçirilməsi və təsdiqlənməsi olacaq. İlk dəfə olaraq, buraya sabit silah – giroskopla sabitləşdirilmiş 12,7 mm-lik pulemyot modulu daxil olacaq. Xüsusilə vurğulamaq istərdim ki, sifarişçilər artıq modernləşdirilmiş BK-16 qayıqları üçün sifarişlər verirlər”.

Xatırladaq ki, 02510 layihəsinin (ixrac versiyasında BK-16E kimi tanınır) BK-16 yüksək sürətli nəqliyyat və desant gəmisi dəniz əməliyyatları, şəxsi heyətin daşınması, sahilə 19 nəfərədək hərbçinin çıxarılması və onlara atəş dəstəyinin göstərilməsi, tibbi təxliyə, qəzaya uğrayan gəmilərə kömək edilməsi, eləcə də piratçılıq və terrorizmə qarşı əməliyyatlar üçün nəzərdə tutulub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş